AAYDA-da yanğın təhlükəsizliyi və fövqəladə hallarla bağlı təlim keçirilib
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində əməkdaşların fövqəladə hallar zamanı düzgün və operativ davranış bacarıqlarının artırılması məqsədilə yanğın təhlükəsizliyi və fövqəladə hallarla bağlı maarifləndirici təlim keçirilib.
Təlimdə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin məsul şəxsləri iştirak edərək əməkdaşlara yanğın təhlükəsizliyi qaydaları, yanğından mühafizə tədbirləri, yanğın risklərinin qarşısının alınması, fövqəladə hallar zamanı davranış qaydaları və ilkin təhlükəsizlik tədbirləri barədə ətraflı məlumat veriblər.
Keçirilən təlim əməkdaşların nəzəri biliklərinin artırılması ilə yanaşı, riskli vəziyyətlərdə düzgün qərarvermə və operativ davranış bacarıqlarının möhkəmləndirilməsinə xidmət edir.
Agentlik əməkdaşların təhlükəsiz iş mühitində fəaliyyət göstərməsi və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir.
Resorting.Az
nigar