Millət vəkili Ceyhun Məmmədov “Azərbaycan–Türkiyə əlaqələri: Təhsil və Gənclik üzərinə söhbət” adlı görüşdə iştirak edib

Millət vəkili Ceyhun Məmmədov "Ahıskalı Gönüllü Eğitimciler" Birliyi və "Beyruha Dərnəyi"nin birgə təşkilatçılığı ilə "Uluslararası Genç Dərnəyi"də baş tutan “Azərbaycan–Türkiyə əlaqələri: Təhsil və Gənclik üzərinə söhbət” adlı görüşdə iştirak edib.

Millət vəkili Ceyhun Məmmədov “Azərbaycan–Türkiyə əlaqələri: Təhsil və Gənclik üzərinə söhbət” adlı görüşdə iştirak edib
Millət vəkili Ceyhun Məmmədov “Azərbaycan–Türkiyə əlaqələri: Təhsil və Gənclik üzərinə söhbət” adlı görüşdə iştirak edib

Resorting.Az xəbər verir ki, millət vəkili Ceyhun Məmmədov Türkiyəyə səfəri çərçivəsində Ahıskalı Gönüllü Eğitimciler Birliyi və Beyruha Dərnəyinin birgə təşkilatçılığı ilə Uluslararası Genç Dərnəyində baş tutan “Azərbaycan–Türkiyə əlaqələri: Təhsil və Gənclik üzərinə söhbət” adlı görüşdə iştirak edərək azərbaycanlı, türk və müxtəlif ölkələrdən gəlmiş xarici tələbələrlə səmimi mühitdə bir araya gəlib.

"Gənclərlə apardığımız müzakirələr zamanı iki qardaş xalqı birləşdirən ortaq dəyərlər, mədəni və mənəvi bağlılığımız, eləcə də təhsil və gənclik sahəsində əməkdaşlığın yeni imkanları ətrafında geniş fikir mübadiləsi apardıq.

Tədbir zamanı gənclərin ictimai fəallığı, bilik və təcrübəyə olan marağı, öz millətinə və dəyərlərinə sadiqliyi məni xüsusi qürur hissi ilə doldurdu. Onların hər biri Azərbaycan–Türkiyə qardaşlığını gələcəyə daşıyan, ortaq gələcəyə inanan gənclərdir. Bizim ən böyük gücümüz – tarixi qardaşlıq münasibətlərimiz və ortaq milli-mənəvi dəyərlərimizdir".

"Söhbət zamanı həmçinin təhsilin gələcək nəsillərin formalaşmasında oynadığı əsas rol, elm və mənəviyyatın vəhdəti, gənclərin öz ölkələrinin inkişafında fəal iştirakı kimi məsələlərə də toxunduq. Gənclərimizin bu istiqamətdə göstərdiyi maraq və təşəbbüslər ölkələrimiz arasında daha dərin elmi, sosial və mədəni əməkdaşlıqlar üçün möhkəm zəmin yaradır.

İnanırıq ki, bu kimi görüşlər Azərbaycan və Türkiyə gəncləri arasında körpü rolunu oynayacaq, qarşılıqlı anlaşmanı, qardaşlığı və birliyi daha da gücləndirəcək. Hər iki xalqın gəncləri bu gün yalnız öz ölkələrinin deyil, ümumtürk dünyasının gələcəyini formalaşdıran mühüm qüvvəyə çevrilməkdədir.

Bu səmimi və mənalı görüşün təşkilinə görə Ahıskalı Gönüllü Eğitimciler Birliyinə, Beyruha Dərnəyi rəhbərliyinə və Uluslararası Genç Dərnəyinə dərin minnətdarlığımı bildirirəm. Onların gördüyü işlər iki qardaş xalqın mənəvi bağlarının möhkəmlənməsinə, gənclərin bir-birini daha yaxından tanımasına və ortaq məqsədlər uğrunda birləşməsinə mühüm töhfə verir.

Azərbaycan–Türkiyə qardaşlığı əbədi və sarsılmazdır. Biz bu birliyi gənclərimiz vasitəsilə gələcəyə daşıyırıq — çünki bu qardaşlıq təkcə tariximizin deyil, ümumi gələcəyimizin ən böyük zəmanətidir", - deyə millət vəkili vurğulayıb.