"6 ilə yaxındır ki, bunu açıqlamaq istəyirdim" - VİDEO

Çingiz Qənizadə Fransada keçirilən məhkəmə prosesinin yekununda Qənimət Zahidovun böhtan xarakterli iddialarının ifşa olunduğunu bəyan edib

"6 ilə yaxındır ki, bunu açıqlamaq istəyirdim" - VİDEO
"6 ilə yaxındır ki, bunu açıqlamaq istəyirdim" - VİDEO
“6 ilə yaxındır ki, Paris Cinayət Məhkəməsinin qərarını açıqlamaq istəyirdim”.

Resorting
.Az xəbər verir ki, bunu ona böhtan atanlara qarşı qaldırılmış məhkəmə prosesindən bəhs edən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

“2019-cu ildə Qənimət Zahidov özünün “Azərbaycan Səsi” YouTube kanalında mənimlə bağlı böhtan xarakterli məlumatlar yaydı. 2019-cu ilin yanvarın 3-də baş vermiş cinayət işi ilə bağlı guya mənim iştirakım və ya təşkilatçılığım olduğunu iddia etdi. Həmin verilişlərdə bildirildi ki, guya mən Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvüyəm və buna görə məsuliyyətə cəlb olunmuram, həmçinin Azərbaycanda mənə toxunulmadığı iddia edildi”.

O bildirib ki, buna görə Fransada məhkəməyə müraciət etmək qərarı aldım:

“2019-cu ilin noyabrında Parisdə vəkillərlə müqavilə bağladıq və materialları fransız dilinə tərcümə edərək məhkəməyə təqdim etdik. Pandemiya səbəbindən proses uzansa da, 21 oktyabr 2025-ci ildə Paris Cinayət Məhkəməsi qərarını elan etdi. Bu müddətdə bir neçə iclas keçirildi və nəhayət son dinləmələrdən sonra qərar verildi. Məqsədim yayılan məlumatların yalan olduğunu sübut etmək və adımı təmizləmək idi. Çünki həmin iddialar 2020-ci il seçkiləri zamanı mənə qarşı istifadə olunmuşdu”. demokrat.az