Gəncə şəhərində istehlakçılar üçün “Açıq qapı” günü keçirilib

15 mart – Ümumdünya İstehlakçı Hüquqlarının Müdafiəsi Günü münasibətilə təşkil olunmuş “Açıq qapı” günündə istehlakçı hüquqları və bu hüquqların müdafiəsi mexanizmləri barədə məlumat verilib, istehlakçı hüquqları ilə bağlı təcrübədə rast gəlinən pozuntularla əlaqədar qanunvericiliyin tələbləri izah edilib.

Gəncə şəhərində istehlakçılar üçün “Açıq qapı” günü keçirilib
Gəncə şəhərində istehlakçılar üçün “Açıq qapı” günü keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən istehlakçıların öz hüquqları barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsi məqsədilə maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir. Bu məqsədlə Agentliyin 12 saylı regional bölməsinin (əhatə etdiyi şəhər və rayonlar: Gəncə, Naftalan, Samux, Goranboy, Göygöl, Daşkəsən) təşkilatçılığı və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə istehlakçılar üçün “Açıq qapı” günü keçirilib.  

Resorting.Az xəbər verir ki, 50-dən çox istehlakçının iştirak etdiyi tədbirdə Agentliyin fəaliyyət istiqamətlərinə dair videoçarx nümayiş etdirilib, istehlak bazarına nəzarətin təşkili, eləcə də istehlakçı hüquqlarının müdafiəsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Həmçinin müvafiq sahəni tənzimləyən əsas qanunvericilik aktları, eləcə də istehlakçıların hüquq və vəzifələri, mal və xidmətlərin alınması zamanı diqqət edilməli əsas məqamlar izah olunub.

Bundan əlavə, istehlakçı hüquqlarının müdafiəsini həyata keçirən dövlət orqanları və məhkəmələrin bu sahədə rolu barədə məlumat verilib, təcrübədə rast gəlinən istehlakçı hüquqlarının pozulması halları ilə bağlı müraciətlər dinlənilib, iştirakçıların sualları cavablandırılıb.